AZ

Almaniyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Almaniyada Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

İddialara görə, müttəhimlər Rusiya xüsusi xidmətinin adından hərəkət ediblər. Onlar aprelin 17-də səhər saatlarında Bavariyanın Bayreuth şəhərində həbs ediliblər.

Əsas şübhəli Bavariyadan olan 39 yaşlı Diter S.-dir. Federal prokurorlar onu başqa şeylərlə yanaşı, Məxfi Xidmət agenti kimi işləməkdə, təxribat hazırlamaqda və hərbi obyektlərdə casusluqda ittiham edirlər. Ehtimallara görə, o, 2003-cü ilin oktyabrından Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir. O, hərbi infrastrukturda, silah zavodlarında və sənaye obyektlərində yanğın və partlayışlar törətməyə razılaşıb.

Diterin diqqət mərkəzində hərbi yüklərin daşınması üçün istifadə olunan nəqliyyat marşrutları var idi. Təxribatçılar Almaniyanın Ukraynaya dəstəyini pozmaq niyyətində idilər.

Mənbə: Sputnik

Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla