AZ

Almaniyada Avropa Parlamenti deputatının köməkçisi Çin kəşfiyyatına işləməkdə şübhəli bilinərək saxlanılıb

Almaniyanın şərqində Drezdendə Avropa Parlamentinin alman deputatlarından birinin bürosunun əməkdaşı Çin kəşfiyyat xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb. Bizimyol.info xəbər verir ki, bu barədə Karlsrue Federal Baş Prokurorluğu məlumat yayıb. Bundan əvvəl “Zeit” qəzeti öz mənbələrinə istinadən yazıb ki, söhbət Avropa Parlamentinə seçkilərdə sağçı partiya siyahısına başçılıq edən “Almaniya üçün Alternativ”dən olan deputatın köməkçisi Maksimilian Kradan gedir. Prokurorluq hesabatında belə dəqiqləşdirmələr yoxdur. Almaniya Baş Prokurorluğu iddia edir ki, saxlanılan şəxs Çin kəşfiyyat xidmətinin əməkdaşıdır. “2024-cü ilin yanvarında təqsirləndirilən şəxs Avropa Parlamentində danışıqlar və qərarlar barədə məlumatı müştəriyə bir neçə dəfə ötürüb”, - deyə bəyanatda qeyd edilir. Onun Almaniyada yaşayan Çin hakimiyyətinin əleyhdarları haqqında da məlumat topladığı iddia edilir. Saxlanılan şəxsin mənzilində axtarış aparılıb. "Zeit"in qeyri-rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, söhbət əvvəllər - Almaniyada təhsil aldıqdan sonra alman pasportu ala bilmiş 43 yaşlı Çin vətəndaşından gedir. 2019-cu ildə siyasətçi Avropa Parlamentində mandat qazandıqdan sonra Kranın köməkçilərindən biri olub. Daha sonra şübhəli şəxs Çinə işgüzar səfəri zamanı deputatı müşayiət edib. Qadir, Bizimyol.info

Seçilən
150
50
Mənbələr
Şərh ()
Bağla