AZ

Rusiya Federasiyasının müdafiə nazirinin müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb

Rusiya

Bakı, 23 aprel, AZƏRTAC

Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvət alma) Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur Vladimiroviç İvanov saxlanılıb”, - məlumatda deyilir.

İstintaq Komitəsi hələlik başqa təfərrüatları açıqlamayıb.

T.İvanov 1975-ci ildə Moskvada anadan olub. 1997-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. 1999-2012-ci illərdə ölkənin yanacaq-energetika kompleksinin müəssisələrində işləyib. 2012-ci ildə Moskva vilayəti hökuməti sədrinin müavini oldu. 2013-cü ildə “Oboronstroy”a rəhbərlik edib. 2016-cı ilin may ayından müdafiə nazirinin müavini təyin edilib.

Seçilən
156
50
Mənbələr
Şərh ()
Bağla