AZ

Konfrans Liqası: "Fənərbağça" yarımfinal arzusunda

Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Futbolpress.az xəbər verir ki, Türkiyə təmsilçisi "Fənərbağça" İstanbulda "Olimpiakos"u qəbul edəcək. Komandalar arasındakı ilk matçda yunanlar qələbə qazanıb - 3:2.

İtaliya "Fiorentina"sı "Viktoriya"nı (Çexiya), Yunanıstan PAOK-u isə "Brügge"ni sınağa çəkəcək.

Turnirin favoritlərindən "Aston Villa" isə Fransada "Lill"lə üz-üzə gələcək.

UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları

18 aprel


20:45 Fiorentina (İtaliya) - Viktoriya (Çexiya)
İlk oyun 0:0

20:45 Lill (Fransa) - Aston Villa (İngiltərə)
İlk oyun 1:2

23:00 Fənərbağça (Türkiyə) - Olimpiakos (Yunanıstan)
İlk oyun 2:3

23:00 PAOK (Yunanıstan) - Brügge (Belçika)
İlk oyun 0:1
Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla