AZ

Konfrans Liqası: "Fənər” “Olimpiakos” səddinə ilişdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tarix: 19 Aprel 2024 07:38

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, Konfrans Liqasında 1/4 final mərhələsi çərçivəsində Türkiyənin "Fənərbağça" komandası mübarizəni dayandırıb.
İlk matçda Afinada rəqibinə 3-2 məğlub olan İstanbul təmsilçisi öz meydanında 1-0 qalib gəlsə də, penaltilər seriyasında 3-2 məğlub olub. Bununla da "Fənərbağça" bu mərhələdə mübarizəni dayandırıb.
"Olimpiakos" isə yarımfinal mərhələsinə vəsiqə əldə edib.
Günün digər matçları aşağıdakı kimi yekunlaşıb:
UEFA Konfrans Liqası
1/4 final, cavab oyunları
18 aprel
20:45. "Fiorentina" (İtaliya) 0 - 0 "Viktoriya" (Çexiya) Əlavə vaxt: 2-0.
İlk oyun - 0:0.
20:45. "Lill" (Fransa) 2 - 1 "Aston Villa" (İngiltərə) Penaltilər: 3-4.
İlk oyun - 1:2.
23:00. "Fənərbağça" (Türkiyə) 1 - 0 "Olimpiakos" (Yunanıstan) Penaltilər: 2-3.
İlk oyun - 2:3.
23:00. PAOK (Yunanıstan) 0 - 2 "Brügge" (Belçika)
İlk oyun - 0:1.
Milli.Az

Seçilən
182
50
Mənbələr
Şərh ()
Bağla