AZ

“Fənərbaxça”nı Konfrans Liqasında yarımfinala buraxmadılar

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında 2023/2024 mövsümünün 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.

Ən güclü 8 komanda arasında yer alan Türkiyə klubu “Fənərbaxça” da növbəti matçına çıxıb. İstanbul təmsilçisi 1/4 finalda Yunanıstan “Olimpiakos”u ilə mübarizə aparıb. Tərəflər arasındakı ilk oyun Yunanıstanda baş tutmuş və Türkiyə təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşmışdı. Cavab qarşılaşmasının əsas vaxtında “Fənərbaxça” qalib gəlib. Ümumi hesab bərabərləşdiyi üçün əlavə vaxta ehtiyac duyulub. Amma başqa qol qeydə alınmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Olimpiakos” yarımfinala yüksəlib.

Günün digər oyunlarında “Viktoriya” (Plzen, Çexiya) “Fiorentina”nın (İtaliya), “Aston Villa” (İngiltərə) “Lill”in (Fransa), “Brügge” (Belçika) isə PAOK-un (Yunanıstan) qonağı olub. “Aston Villa” da “Olimpiakos” kimi, yarımfinala penaltilər seriyasından qalib ayrılmaqla yüksəlib. Digər oyunlarda isə “Fiorentina” və və “Brügge” inamlı qələbə qazanmaqla istəklərinə çatıblar.

Beləliklə, Konfrans Liqasının yarımfinalında “Aston Villa” “Olimpiakos”la, “Fiorentina” isə “Brügge” ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü isə mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Avropa Konfrans Liqası
1/4 finalın cavab oyunları
18 aprel

“Fiorentina” (İtaliya) – “Viktoriya” (Plzen, Çexiya) 2:0 (ilk oyun 0:0)
Qollar: N.Qonsales, 92. Biraqi, 108.

“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə) 2:1, penaltilər 3:4 (1:2)
Qollar: Y.Yazıcı, 15. B.Andre, 67 – Kaş, 87.

“Fənərbaxça” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) 1:0, penaltilər 2:3 (2:3)
Qol: İ.C.Kahveci, 11.

PAOK (Yunanıstan) – “Brügge” (Belçika) 0:2 (0:1)
Qollar: Yutqla, 33; 45.

Seçilən
137
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1336
Azərbaycanda bu məhsul bahalaşdı
1242
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1159
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1014
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1000
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
985
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
973
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
970
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
967
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
914
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
894
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
833
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
786
Helikopter qəzası ilə bağlı yeni xəbər
767
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
740
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
734
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
728
Həlak olan şəxslər sabah dəfn olunacaq
707
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
675
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
662