AZ

Botanika İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir  

ETN Botanika İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı”na əsasən aşağıda göstərilmiş ixtisaslar üzrə qəbul elan edir.

 

Bu məlumat Aztibb.az-a Botanika İnstitutundan verilib.

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer (əyani);

2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

2411.02 - “Bitki fiziologiyası” – 2 yer (1 əyani, 1 qiyabi);

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2417.01 – “Botanika” – 1 yer (qiyabi);

 

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer (əyani)

2432.01 – “Bioloji ehtiyatlar” – 1 yer (əyani)

 

Elmlər doktoru proqramı üzrə doktoranturaya ödənişli əsaslarla:

2417.01 – “Botanika” – 1 yer (əyani)

 

Elmlər doktoru proqramı üzrə dissertanturaya büdcə hesabına:

2417.01 – “Botanika” – 1 yer 

2432.01 – “Bioloji ehtiyatlar” - 1 yer

 

Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. Doktoranturaya sənəd qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az vasitəsilə 16.04.2024-15.05.2024-cü il tarixlərində keçiriləcəkdir.

 

Əlavə məlumat üçün institutun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla