- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
London, 18 aprel, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron İsrailə səfəri çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, onlar İranın İsrailə hücumunu müzakirə ediblər. Devid Kemeron İsrailin etdiyi hər şeyin mümkün qədər məhdud, məqsədyönlü və ağıllı olacağına ümid etdiyini deyib. O əlavə edib ki, eskalasiya heç kimin marağında deyil.
Görüşdən sonra Netanyahu deyib ki, İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək. "Mən buna aydınlıq gətirmək istəyirəm - biz öz qərarlarımızı özümüz verəcəyik və İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək", - deyə Baş nazir qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.