AZ

Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB

Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
 
Bu barədə “RBC-Ukraina” məlumat yayıb.
 
Məlumata görə, üçü uşaq olmaqla 60 nəfərin yaralanıb .
 
Bildirilib ki, hazırda 6 nəfər itkin düşmüş hesab olunur.
 
Şəhərdə matəm elan edilib.
 
17:14
Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb.
 
Bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, xəsarət alanlardan üçü uşaqdır.
 
Dağıntılar altından üç nəfər xilas edilib.
 
Axtarış-xilasetmə işləri davam etdirilir.
Seçilən
64
10
Mənbələr
Şərh ()
Bağla