AZ

Çerniqovda ölənlərin sayı 18-ə çatıb, 77 nəfər yaralandı - FOTOlar

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölənlərin sayı 18-ə yüksəlib, 77 nəfər isə yaralanıb.

7News.Az report.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti teleqramda bildirib.

Xilasedicilərin məlumatına əsasən, yaralılardan dördü körpədir. Bundan başqa, axtarış-xilasetmə əməliyyatı nəticəsində üç nəfəri dağıntı altından sağ çıxarmaq mümkün olub. Axtarış-xilasetmə əməliyyat davam edir.

Xatırladaq ki, ötən gün Rusiya Silahlı Qüvvələri Çerniqovu atəşə tutub, şəhərdə matəm elan olunub.

7News.Az
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
4
Mənbələr
Şərh ()
Bağla