AZ

Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB

Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Ednews xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Məlumata görə, üçü uşaq olmaqla 60 nəfərin yaralanıb .
Bildirilib ki, hazırda 6 nəfər itkin düşmüş hesab olunur.
Şəhərdə matəm elan edilib.
***Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində 15 nəfər ölüb, 61-i yaralanıb.
Ednews xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanlardan üçü uşaqdır.
Dağıntılar altından üç nəfər xilas edilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
10
Mənbələr
Şərh ()
Bağla