AZ

ABŞ Ermənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atır - ŞƏRH

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Həm aprelin 5-də keçirilən görüşdən əvvəl, həm də ondan sonracərəyan edən proseslər bir daha təsdiq edir ki, ABŞ başda olmaqlaQərbin müharibə komandası Cənubi Qafqazda sabitliyi pozmaq, yenimüharibələrə başlamaq üçün fəaliyyətə keçib. Biz ABŞ-ninErmənistanı silahlandırmaq üçün bütün vasitələrə əl atmasını dahaaçıq şəkildə müşahidə edirik.

Bunu Trend-ə Milli Məclisindeputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava HücumundanMüdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrininvə hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsiüçün Ermənistana analitik qruplar göndərəcək.

“Amerika qiymətləndirmə qruplarının Ermənistana göndərilməsiölkənin KTMT-nin hava hücumundan müdafiə sisteminə davamlıinteqrasiyasını nəzərə almaqla, Ermənistanın HHQ və hava hücumundanmüdafiəsini yenidən qiymətləndirməyə və yenidən təşkil etməyəyönəlmiş strategiyanın bir hissəsidir. Hesab edirəm ki, bu addımABŞ-nin Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinindaha geniş kontekstinə uyğun gəlir. Bu işin müəyyən hissəsi artıqaparılır, bunu Fransanın Ermənistana gətirdiyi radar sistemləri dəsübut edir. Bu kontekstdə ABŞ Rusiyanın İrəvana hərbi təsiriniazaltmaq üçün nəzərdə tutulan Ermənistanın hava hücumundanmüdafiəsini gücləndirmək üçün texnologiya, təlim və dəstək verməkləəsas rol oynamağı planlaşdırır”, - deyə deputat bildirib.

Deputatın sözlərinə görə, ABŞ, ümumlikdə Qərbin müharibəkomandası təkcə Rusiyanın təsirini azaltmaq niyyətində deyil, həmdə Ermənistanı silahlandıraraq onu Azərbaycana qarşı revanşistaddımlara sövq etməkdir.

“Bir faktı qeyd edək ki, Birləşmiş Ştatlar Ermənistanın qabaqcılhərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçünXarici Hərbi Maliyyələşdirmə (FMF) vəsaiti verəcək. Məlumat üçünbildirim ki, Xarici Hərbi Maliyyələşdirmə (Foreign MilitaryFinancing, FMF) proqramı ABŞ-nin müttəfiqlərini və tərəfdaşlarınıavadanlıq, təlim və digər hərbi ehtiyaclar üçün qrantlar və yakreditlər verməklə dəstəkləmək üçün nəzərdə tutulmuş əsas ABŞxarici siyasət alətidir.

Bu proqram qəbul edən ölkələrin müdafiə qabiliyyətiningücləndirilməsinə və hərbi qarşılıqlı fəaliyyətin artırılmasınakömək edir. Bu kimi faktları çox sadalamaq olar. Lakin elə misalçəkdiyimiz məsələnin özü Birləşmiş Ştatların Cənubi Qafqazımüharibə meydanına çevirmək üçün fəaliyyətə keçdiyini təqsdiqləyib.Lakin bir daha o məqama qayıdırıq ki, Ermənistan hakimiyyətiyaxşı-yaxşı düşünməli, ağılsız addımlardan çəkinməlidir”, - deyə oəlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə Trend-ə bildirib ki, 5 aprel görüşününnəticəsinə uyğun olaraq əsas da ABŞ tərəfindən verilən vədlər vəErmənistanın hərbi ləvazimatlarla təmin edilməsi ilə bağlı edilənçağırışlar birmənalı şəkildə bölgədəki, sərhəddəki vəziyyətigərginləşdirmək, sülhü əngəlləmək, aranı qatmaq məqsədinidaşıyır.

"Eyni zamanda Qərb dairələri onu göstərməyə çalışır ki,Ermənistan artıq Rusiyanın əlindən çıxıb və ABŞ-nin, Avropanınhimayəsindədir. Məlum gedişata qətiyyən təəccüblənmədim və kimsə dətəəccüblənməsin. 30 il ərzində Qarabağın işğalına göz yumanlardan,ATƏT-in Mink Qrupunun tərkibində qış yuxusuna dalanlardan, BMT-nin4 qətnaməsini görməzdən keçənlərdən, hər fürsətdə yeni birədalətsizliyə imza atanlardan başqa nə gözləmək olardı ki? Əlbət,heç nə?! Sadəcə ABŞ və Avropa bir məqamın fərqində deyil ki,Ermənistan kimi yırtıcı və işğalçı dövlətə əl uzatmaqla, yardımetməklə ilk növbədə özlərini gözdən salırlar, onsuzda enişdə olannüfuzlarını daha da itirirlər, qlobal dünyada etibarsız, güvənsiztərəfdaşa çevirilirlər.

Təbii ki, bu cür həmlələr, bu cür təzyiqlər Azərbaycanı özmüstəqil və milli siyasətindən sapdıra, döndərə, yayındıra bilməz.Ermənistana nə silah verirlərsə versinlər, nə yardım edirlərsəetsinlər, bütün hallarda yenə güclü tərəf Azərbaycan olacaq. Çünkihaqlı və ədalətlinin qarşısında kimsə duruş gətirə bilməz", - deyədeputat əlavə edib.

Seçilən
129
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

BMCMİ paytaxt və bölgələrdə əməliyyatlar keçirib 46 kiloqram narkotik vasitə və 3 ədəd odlu silah aşkarlanıb » AzadMedia.az
1362
Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
1276
Azərbaycanda bu məhsul bahalaşdı
1263
Rövşanənin məscidin qarşısındakı FOTOsu tənqid olundu - FOTO
1025
Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır
1023
Paşinyan sabiq deputata yüksək vəzifə verdi 
1011
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
996
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
991
Yeddi ölkədə Rəisiyə görə matəm elan edildi
975
İranın gündəliyi bir anda DƏYİŞDİ - Ayətullah Xamenei SƏRT GÖSTƏRİŞ VERDİ
926
6-cı sinif şagirdi qızılcadan ÖLDÜ
898
Yas mərasimlərində yemək vermək adəti LƏĞV EDİLDİ
850
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
791
Helikopter qəzası ilə bağlı yeni xəbər
781
DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq
748
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
746
Dünyanın 8 ölkəsi İran prezidentinin ölümü ilə bağlı matəm elan edib
734
Həlak olan şəxslər sabah dəfn olunacaq
732
Şimali Kipr xalqının apardığı mübarizə bütün Türk dünyasının haqlı mübarizəsidir - ERSİN TATAR
685
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
671