AZ

Erlinq Haland saç lenti biznesində

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Haland sahibkarlıq sahəsində növbəti addımını atıb.

Msport.az xəbər verir ki, norveçli hücumçu “Ben Dop” şirkətində kiçik pay sahibi olub.

Halandın investisiya qoyduğu bu brend saç lenti istehsalçısıdır. Futbolçunun özü də məhz bu şirkətin aksessuarından istifadə edir.

Qeyd edək ki, Erlinq 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
Mənbələr
Şərh ()
Bağla