AZ

Çin xarici ticarətinin azaldığını açıqladı

2023-cü ilin yanvar-oktyabr aylarında Çinin ixracı 5,6%, idxalı isə 6,5% azalıb. 

Marja.az Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin çərşənbə axşamı açıqladığı məlumatlara istinadən xəbər verir.

Hesabat dövründə Çinin ixracı illik müqayisədə 5,6% azalaraq 2,79 trilyon dollar, idxalı isə 6,5% azalaraq 2,1 trilyon dollar təşkil edib.

2023-cü ilin yanvar-oktyabr aylarında Çinin xarici ticarətinin dollar ifadəsində ümumi həcmi 4,89 trilyon dollara təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6% azdır.

Oktyabrda Çinin xarici ticarəti 493,1 milyard dollara təşkil edib ki, bu da 2022-ci ilin oktyabr ayı ilə müqayisədə 2,5% azdır.

Oktyabrda ixrac 274,8 milyard dollara olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% az, idxal 218,2 milyard dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

Yanvar-oktyabr aylarında Çinlə ticarət dövriyyəsində Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN), Avropa İttifaqı (Aİ) və ABŞ liderlər olaraq qalıb. Eyni zamanda, Çinin ASEAN ölkələri ilə ticarət dövriyyəsi 747,3 milyard dollar, Aİ ilə 655,2 milyard dollar, ABŞ ilə isə 550,7 milyard dollar təşkil edib. Hesabat dövründə Çinin Latın Amerikası ölkələri ilə ticarət dövriyyəsi 404,6 milyard dollar, Afrika ölkələri ilə isə 234,8 milyard dollar təşkil edib.

2022-ci ilin sonunda Çinin xarici ticarət dövriyyəsi 4,4% artaraq 6,3 trilyon dollara, ixracı 7% artaraq 3,59 trilyon dollara, idxalı isə 1,1% artaraq 2,71 trilyon dollara çatmışdı.

xarici ticarət
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
291
6
marja.az

10Mənbələr