AZ

Kuleba G7 ölkələrini Ukraynaya HHM sistemləri verməyə çağırıb

"Ukraynanın kifayət qədər hava hücumundan müdafiə imkanları olsaydı, Çerniqovda günahsız insanlar ölməz və yaralanmazdı".

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "X" hesabında bildirib.

"Rusiyalı terrorçuların Çerniqovun mərkəzinə raket atması nəticəsində indiyədək ən azı 11 nəfər ölüb, 22 nəfər yaralanıb. Ölənlərin sayı arta bilər. Ukraynanın kifayət qədər hava hücumundan müdafiə imkanları olsaydı, bu günahsız insanlar ölməz və yaralanmazdı. Üç gün əvvəl Yaxın Şərqdə insan həyatının raketlərdən etibarlı müdafiəsinin necə olduğunu gördük. Ukraynanın tərəfdaşları eyni səviyyədə səmərəli şəkildə ukraynalıların həyatını xilas etməkdə bizə kömək etmək üçün lazımi vasitələrə malikdirlər", - Kuleba paylaşımında bildirib.

O, Ukraynaya əlavə “Patriot” sistemləri verməklə bağlı qərara görə Almaniyaya təşəkkür edib.
"Bu həftə İtaliyada G7 müttəfiqləri ilə görüşlərim zamanı digər tərəfdaşları da nümunə götürməyə çağıracağam".

Seçilən
129
25
Mənbələr
Şərh ()
Bağla