AZ

“Bəzi ölkələr Ukraynaya hətta bir “Patriot” belə vermək istəmirlər”

Ukraynanın əlavə hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var və bütün dünyada potensial olaraq istifadəyə verilə biləcək 100-ə yaxın Patriot batareyası müəyyən edib.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər nazir Dmitro Kuleba “The Washington Post”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bəzi ölkələr Ukraynaya hətta bir “Patriot” belə vermək istəmirlər.

“Bir “Patriot” batareyası 1 milyard dollara başa gəlir. Keçən yay Kiyev ilk batareyasını alsa da, hazırda əlimizdə olan üç “Patriot” bütün ölkəni Rusiyanın güclü hava hücumlarından qorumaq üçün kifayət etmir”, – nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
25
Mənbələr
Şərh ()
Bağla