AZ

Kuleba Qərbdən “Patriot” sistemlərini Ukraynaya icarəyə verməyi xahiş edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, o, Qərb tərəfdaşlarından “Patriot” hava hücumundan müdafiə sistemləriniUkraynaya icarəyə verməyi xahiş edir...Poliqon xəbər verir ki, bu barədə Kuleba TCH telekanalına bildirib.“Biz bağlı qapılar arxasında oturanda mən ortaqlarıma deyirəm: “Əzizlərim, nə istəyirsiniz, ona hazırıq. İstəyirsiniz icarəyə götürək. Sizə sərhədinizin lazımdır, biz bunu təmin edirik. Siz sadəcə “Patriot”ları bizə verin”, deyə Kuleba vurğulayıb.Nazirin sözlərinə görə, hazırda Ukrayna iki “Patriot” sistemi və bir SAMP-T-nin ötürülməsi ilə bağlı danışıqlar aparır. Kuleba hava hücumundan müdafiə sistemlərinin ötürülməsi mövzusunu “ən problemli” adlandırıb.Qeyd edək ki, aprelin əvvəlində Dmitri Kuleba NATO-dan “Patriot” zenit-raket komplekslərinin Ukraynaya təhvil verilməsini xahiş edib. Onun fikrincə, bu, Rusiya raketlərini vurmağa qadir olan yeganə sistemdir.Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell bir gün əvvəl, aprelin 14-də Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünün sürətləndirilməsi məsələsi ilə bağlı Avropa İttifaqının müdafiə nazirləri və xarici işlər nazirlərinin iclasını çağıracağını açıqlayıb.Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
25
Mənbələr
Şərh ()
Bağla