AZ

Tacikistan vətəndaşları Gürcüstana buraxılmır

Martın sonundan Tacikistan vətəndaşlarına Gürcüstana giriş qadağan edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun (Radio Ozodi) Tacik Xidməti məlumat yayıb.

Gürcüstana buraxılmamanın səbəbi məlum deyil. İki ölkə arasında vizasız rejim mövcuddur. Rəsmi mətbuatda Tacikistan vətəndaşlarının Gürcüstana giriş qaydalarının dəyişdirilməsi ilə bağlı heç bir məlumat verilməyib.

Bu tendensiya mart ayının sonundan müşahidə edilir, lakin Tacikistan hakimiyyəti hələ də vəziyyətə reaksiya verməyib.


Telegram kanalımız
Seçilən
61
24
Mənbələr
Şərh ()
Bağla