AZ

“Radikal müxalifətin çağırışlarına qoşulanlar olmayacaq” - MÜNASİBƏT BİLDİRİLDİ

“Xarici fondlar musiqini sifariş edirdilər, radikal müxalifət isə aldığı pula görə musiqini ifa etməyə çalışır. Bu baxımdan radikalların 21 aprel tarixli mitinq açıqlaması onların sifarişçilərinin növbəti məkrli planın tərkib hissəsidir”. Bu sözləri SİA-ya açıqlamasında Azər Badamov deyib.

Deputat sözlərinə belə davam edib: “Panlaşdırılan mitinq ölkəmizdə yaranmış siyasi sabitliyini pozmağa və xalqı hakimiyyətə qarşı çıxartmağa hesablanmışdır. Bu gün radikallıqla məşğul olanlara təklif olunmuş siyasi dialoqdan imtina etməsi də onların ağalarının tələbidir. Çünki, onlar üçün siyasi dialoq və sivil yolla siyasi mübarizə yox, radikallıq və cəmiyyətin parçalanması maraqlıdır. Bu baxımdan radikalların cəmiyyətə müraciət etməyə və siyasətdə mövcudluğuna dair mənəvi haqqı yoxdur.

Dünyada baş verən prosesləri görə-görə xalqı meydanlara çağırmaqla ölkədəki sabitliyi pozmağına cəhd edilməsi xainlik və düşmənçilkdir. Amma xalqımız çox müdrikdir və dünyada baş verən prosesləri yaxşı dəyərləndirə bilir. Belə ki, Qərbin məkrli planlarını reallaşdırlmasına nail olan ölkələrdəki xalqların həyatlarının necə məhv olunduğunu da görürük. Təbii ki, xalqımız qazanılmış uğurları yüksək dəyərləndirir və hakimiyyətin apardığı müstəqil siyasətini dəstəkləyir. Bu baxımdan radikal müxalifətin çağırışlarına qoşulanlar da olmayacaqdır.

Onu da qeyd etmək istəyirəm ki, öz ərazilərində suverənliyini təmin edərək sabitlik adasına çevrilmiş Azərbaycan Respublikasından narahat olan dairələr var. Onlar müxtəlif hesabatlarda Azərbaycana qarşı qərəzli açıqlamalar verirlər, ölkə daxilində təmin olunmuş sabitliyi pozmağa çalışırlar və öz müstəqil siyasətini yürüdən ölkəmizi özlərinin əl altısına çevirmək istəyirlər. Təbii ki, Qərbə bu məkrli niyyətlərini ölkəmizdə reallaşdırılmasına xalqımız heç vaxt imkan verməyəcək”.

Ayşən Vəli

Seçilən
114
1
Mənbələr
Şərh ()
Bağla