AZ

Deputat: "Azərbaycan gərginlik fonunda proseslərin arxa planında qalmağı bacarır"

“Azərbaycan gərginlik fonunda hələ ki özünüqoruma instinkti ilə hərəkət edir, dünyada baş verən proseslərin arxa planında qalmağı bacarır. Bu da uğurlu xarici siyasətlə bağlıdır. Buna görə də hazırkı prosesi “necə Azərbaycanın əleyhinə çevirmək olar?” sualı barədə düşünülür. Birinci nömrəli məqsəd də daxili sabitliyin pozulmasıdır. Bunun üzərində daha çox baş sındırılır”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. 

 

Deputat hesab edir ki, hazırkı dövr Azərbaycan xalqından olduqca məsuliyyət tələb edən bir dövrdür: “Çünki elə məsələlər var, məsuliyyətsiz davranış ölkənin bütün qazandıqlarını tam sıradan çıxara bilər. Çalışmalıyıq ki, bu cür davranışlara, ümumiyyətlə, yol verilməsin. Azərbaycan öz tarixinin, bəlkə də, ən sistemli, ardıcıl sabitlik dönəmini yaşayır. Bu dönəmi daha çox faydamıza, iqtisadi inkişafımıza çevirməli, cəmiyyətin sosial tərəqqisinə sərf etməliyik. Bu baxımdan, bir sıra məsələlər var ki, onları mütləq ciddi nəzərə almalıyıq”. 

 

Aytəkin Qardaşova

Tarix: 15 Aprel 2024, 11:36   
Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla