AZ

Rus politoloqdan XƏBƏRDARLIQ: “Crocus”dakı hücuma görə Fransadan qisas alacağıq” – ÖZƏL 

 “Bütün birbaşa və dolayı əlamətlərə görə, Krokusda terror aktı Qərbin kəşfiyyat xidmətləri, yəni İngiltərə, Fransa və ABŞ tərəfindən həyata keçirilib. Bu ölkələrin kəşfiyyat xidmətləri bizi dəfələrlə terror hücumları ilə hədələyiblər. Onlar postsovet məkanında, məsələn, Ermənistan və Ukraynada Rusiyaya qarşı olan qüvvələrin əsas kuratorlarıdırlar”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyadakı terror aktının arxasında dayananların kimliklərini şərh edərkən, Avrasiya Problemləri Monitorinq Mərkəzinin (Rusiya) direktoru Aslan Rubayev deyib. 

Rubayev hesab edir ki, baş verən proseslərdə ABŞ-ın dəstəyi ilə Fransanın birbaşa əli var: 

“Makronun başçılıq etdiyi Fransanın hazırkı rəhbərli tamamilə səriştəsiz və marionet iqtidardır, ona görə də Makronun amerikalı ağaları terror aktı təşkil etmək əmrini versələr, o, zərrə qədər tərəddüd etmədən bu əmri yerinə yetirəcək. 

Tamamilə mümkündür ki, məqsəd həm Rusiya daxilində, həm də onun hüdudlarından kənarda millətlərarası və dini qarşıdurmanı qızışdırmaq, Rusiya ilə Tacikistan, Rusiya və Azərbaycan və bütün İslam dünyası arasında təpki yaratmaqdır. Lakin bu alçaq hərəkət onlara gözlədikləri nəticəni vermədi. Əminəm ki, biz ölkəmizdə dinc insanların ölümünün qisasını alacağıq”, - deyə A.Rubayev qeyd edib. 

Moskvadakı hücumda ASALA izi

Politoloq hesab edir ki, Azərbaycan əsilli iş adamlarına məxsus “Crocus” konsert zalında bu terrorun törədilməsi də təsadüfi deyildi. Qərbin Ermənistanda terroru dəstəklədiyinə diqqət çəkən Rubayev, proseslərdə ASALA-nın iştirakını da istisna etmir:

“Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq ümumiyyətlə mümkün deyil, çünki onlar güclü və sabitdir. Azərbaycan Moskva tərəfindən özünün ən yaxın müttəfiqi və qardaş ölkə kimi qəbul edilir. Qərb müxtəlif terror təşkilatlarının, siyasi rejimlərin köməyi ilə dinlərarası, millətlərarası münaqişələr yolu ilə Rusiyaya hücum edəcək, iyrənc üsullarla insanları bir-birinə qarşı qoymaqda, hər cür təxribatlar təşkil etməkdə davam edəcəklər. Buna görə də, indi barmağımızı tətikdə saxlamaq və təxribatlara təslim olmamaq xüsusilə vacibdir”, - deyə A.Rubayev əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

Seçilən
38
27
Mənbələr
Şərh ()
Bağla