AZ

“O, bunu gizlədib, bizə arvadı ilə bağlı heç nə deməmişdi” – Tacik terrorçunun qohumları DANIŞDI

Qohumları tacik terrorçunun valideynlərindən və xanımından imtina ediblər.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, söhbət “Crocus City Hall” konsert zalına silahlı hücum həyata keçirməkdə şübhəli bilinən Dalercon Mirzoyevin Rusiyanın Novosibirsk şəhərindəki və Tacikistandakı qohumlarından gedir.

Novosibirskdəki mənzillərində onu qeydiyyata aldıran və adının çəkilməsini istəməyən qohumlardan biri bildirib ki, Mirzoyevin belə əmələ qadir olmasını bilsəydilər, onu özləri hüquq-mühafizə orqanlarına təhvil verərdilər.

O, əlavə edib ki, Mirzoyevin arvadının hamilə olduğunu terror aktından sonra öyrəniblər.

“Mirzəyev bizimlə yaşayanda bu barədə ümumiyyətlə danışmamışdı. Görünür, o, bunu gizlədirdi. Arvadının xəstəxanadan çıxıb-çıxmadığını bilmirik. Bu ailə ilə bütün əlaqəni kəsmişik, artıq belə qohumlarımız yoxdur”.

Məlum olub ki, Novosibirskdəki qohumlar öz mənzillərindən köçməli olublar.

“Təxminən iki həftədir ki, heç kim onları görməyib”, – deyə qonşular bildirib.

Tacikistandakı doğmalar da terrorçunun ailəsindən imtina etdiklərini bildiriblər:

“Onun ailəsində nə baş verdiyini bilmirəm və bilmək də istəmirəm”, – qohumlardan biri deyib.

Xatırladaq ki, Taçikistan hüquq-mühafizə orqanlarının Mirzoyevlər ailəsi ilə “tanışlığı” 2016-cı ildə olub. Ailənin övladı Ravşanjon Mirzoyevin İŞİD ilə əlaqəsi üzə çıxıb. Onun adı Tacikistan Milli Bankının Maliyyə Monitorinqi Departamentinin dərc etdiyi terrorçu və ekstremistlər siyahısında yer alıb. Bəzi məlumatlara görə, o, Suriyaya gedib və orada öldürülüb.

Tacikistanın Daxili İşlər Nazirliyinin Rudaki rayon şöbəsi “Crocus”dakı terror aktından sonra Mirzəyevin tacik qohumlarından hansının dindirilməsi ilə bağlı məlumatı açıqlamır.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
147
27
Mənbələr
Şərh ()
Bağla