AZ

78 yaşlı mütəxəssis “Beşiktaş”ın baş məşqçisi olmağa hazırdır

Rumıniyalı mütəxəsssis Mirça Luçesku Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi olmağa hazırdır.

Msport.az “iAM SPORT” nəşrinə istinadən xəbər verir ki, 78 yaşlı mütəxəssis İstanbul təmsilçisinin rəhbərliyi ilə danışıqlara start verib.

Onun bu vəzifədə istefaya göndərilmiş Fernandu Santuşu əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, Luçesku son olaraq Ukraynada Kiyev “Dinamo”sunun baş məşqçisi olub.

Seçilən
164
15
Mənbələr
Şərh ()
Bağla