AZ

"Zelenski kimyagərlik niyyətindədir, Rusiya iştirak etməyəcək" - Zaxarova

"Rusiya Ukrayna ilə bağlı konfransda iştirak etməyəcək".

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

"Rusiya o konfransda iştirak etməyəcək. Zelenskinin düsturu kimyagərlikdən başqa bir şey deyil", - diplomat vurğulayıb.

 

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il noyabrın ortalarında G20 sammitində videokonfrans vasitəsilə danışarkən on bəndlik sülh planını təqdim edib. O, Rusiya qüvvələrinin 1991-ci il sərhədlərindən tamamilə çıxarılmasını, Qara və Azov dənizlərindəki “eksklüziv iqtisadi zona” üzərində nəzarətin Ukraynaya qaytarılmasını tələb edib. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Kiyevin sülh ilə bağlı bəyanatları mövcud reallıqlar nəzərə alınmadan verilib. Onun sözlərinə görə, Moskva sülh prosesində irəliləyiş görmür, ona görə də xüsusi hərbi əməliyyatı davam etdirir.

 

Firuzə Əliyeva
 

phrase_var_article.chosen
173
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close