AZ

Zelenskidən etiraf: Qalib gəlmək şansımız yoxdur

Artilleriya mərmilərinin kəskin çatışmazlığı səbəbindən, ABŞ hərbi yardımı olmadan Kiyevin münaqişədə qalib gəlmək şansı yoxdur. Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski “PBS” telekanalına müsahibəsində etiraf edib .“Mən sizə açıq deyə bilərəm ki, Vaşinqtondan bu dəstək olmadan bizim qalib gəlmək şansımız olmayacaq. Düşmənindən qat-qat güclü olmalısan. Bu gün top mərmilərimizin nisbəti 1-dən 10-a bərabərdir. Biz öz mövqelərimizi saxlaya biləcəyikmi? Xeyr”.O əlavə edib ki, yalnız artıq Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin uğurlu müdafiəsi üçün döyüş meydanında döyüş sursatlarının nisbəti 1-ə 1 nisbətinə çatmalıdır.Mina Mikayılova

Seçilən
181
5
Mənbələr
Şərh ()
Bağla