AZ

"Rusiya imperialist müharibə aparır, onun qalib gəlməsinə imkan vermək olmaz" - Olaf Şolts

"Putin güclə sərhədləri dəyişmək istəyir, bununla da Avropada dünya nizamını büsbütün təhlükə altına salır..."
 
"Mən Ukraynaya sarsılmaz dəstəyimizi Rusiya ilə NATO arasında müharibə eskalasiyasının qarşısının alınması siyasəti ilə uzlaşdırıram..."
 
Almaniya kansleri Olaf Şolts Berlinin "Die Tageszeitung" qəzetinə geniş müsahibə verib, Ukrayna və İsrailə dəstəkdən danışıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "gazeta.ru" məlumat yayıb.
 
O cümlədən nəşrin AFR-in İsrailə əhəmiyyətinə görə ikinci silah tədarükçüsü olduğu halda nədən Qəzza bölgəsində 30 mindən çox adamın qəddarcasına qətlə yetirilməsinə münasibət bildirməməsi ilə bağlı sualına cavabında Şolts deyib ki, Almaniya qətiyyətlə yəhudi dövlətinin tərəfindədir.
 
"İsrail HƏMAS-ın oktyabrın 7-də barbarcasına hücumundan sonra müdafiə olunmaq hüququna malikdir. Girovlar, nəhayət, azad edilməlidir", - kansler deyib.
 
Eyni zamanda Şolts vurğulayıb ki, o, çoxdandır Qəzza bölgəsinə daha çox, gündə 500 yük maşını humanitar yardımın çatdırılmasına təkid edir.
 
"Bu yaxınlarda mən bu barədə İsrail baş naziri ilə, yeri gəlmişkən qəsdən ingilis dilində birgə çıxışımız zamanı demişəm. Mən Rafaha yerüstü hücumla bağlı xəbərdarlıq etmişəm və anlatmışam ki, biz problemin iki dövlətin yaradılması probleminin həllinə hədəflənmişik, çünki Fələstin əhalisinə də perspektiv gərəkdir", - Şolts deyib.
 
Ukraynada müharinə ilə bağlı suala cavabında kansler qeyd edib ki, Vladimir Putinlə dialoqun bərba edilməsinin mənası yoxdur.
 
Şoltsun fikrincə, danışıqların o zaman mənası olar ki, vəziyyətə təsir göstərə bilsin, lakin indi hər şey Kremlin müharibəni dayandırmaq istəyinin olmadığını göstərir.
 
"Putin güc vasitəsilə sərhədləri dəyişmək istəyir. Bununla da o, Avropada dünya nizamını büsbütün təhlükə altına salır. Onun indi etdikləri hələ bundan xeyli əvvəl anons edilib. Putin öz məqalə və çıxışlarında iddia edib ki, Belarus və Ukrayna müstəqiı dövlətlər deyil, Rusiyaya məxsusdur. Biz hamımız bunu birbaşa mənada anlamalıydıq", - Şolts deyib.
 
Kansler həmçinin qeyd edib ki, Almaniya "hələ uzun müddət Ukraynaya silah və döyüş sursatları tədarük etməli olacaq", çünki Rusiya "imperialist müharibə aparır və onun qalib gəlməsinə imkan vermək olmaz". Bu zaman o, vurğulayıb ki, Kiyevə silah tədarükündə ağılla hərəkət etmək lazımdır.
 
"Məhz buna görə də mən Ukraynaya sarsılmaz dəstəyimizi Rusiya ilə NATO arasında müharibə eskalasiyasının qarşısının  alınması siyasətilə uzlaşdırıram", - Almaniya kansleri deyib.
 
Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günləri Şolts müntəzəm olaraq Rusiya prezidentinə müharibənin dayandırılması ilə bağlı zəng edib.
 
Sonuncu dəfə onlar 2022-ci ilin dekabrında telefonla ünsiyyətdə olub. İki aydan sonra Kreml nə Şoltsun, nə də Fransa prezidenti Emmanuel Makronun Putinə daha zəng etmədiklərindən şikayətlənib.
 
2023-cü ilin payızında Şolts bəyan edib ki, Kreml rəhbərinin öz qoşunlarını Ukraynadan çıxaracağı təqdirdə onunla yenidən dialoqa başlamağa hazırdır.
Seçilən
194
50
Mənbələr
Şərh ()
Bağla