AZ

MGH-də Soyqırımı qurbanları anılıb - FOTO

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar, həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra tədbir iştirakçıları 31 mart qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edərək 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım barədə ətraflı məlumat verib.

Rəis müavini İsmayıl Əfəndiyev qeyd edib: “Bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılmış, xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə imzaladığı Sərəncamından sonra hər il 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”. Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sənədli film nümayiş olunub. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə tədbirdə çıxış edərək 31 mart azərbaycanlıların soyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət, məhv edilmiş və yerlə yeksan edilmiş kəndlər barədə məlumat verib.

Tariximiz bizim milli kimliyimiz, milli yaddaşımızdır. Biz daim millətimiz və xalqımızın tarixinə yazılanları bilməli və unutmamalıyıq. Bu baxımdan 31 mart qurbanları da tarixin yaddaşından silinməyəcək, bu soyqırım daim xalqımız tərəfindən xatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq.

Seçilən
48
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
3348
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
3192
Bu yol qovşağında təmir işləri aparılacaq
2589
Bakıda hoteldə yanğın başlayıb
2275
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
1376
Bakıda “Ağ çiçəyim” gül mağazası yanır - VİDEO
1370
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
1226
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
1226
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
1064
Çingiz Mustafayevin toyudur - FOTOLAR
1050
DİQQƏT: Bakıda güclü yanğına görə “28 May” stansiyası istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırıldı - FOTO
871
Azərbaycanla Ermənistan arasında protokol imzalandı
830
"Ağ çiçəyim” mağazasındakı yanğının yayılmasının qarşısı alınıb
798
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
756
Güllələnən baş nazirin dosyesindən sensasion detallar - katibəsindən HƏMAS-a qədər...
755
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
743
Yanğın səbəbindən bu istiqamətdə hərəkətə məhdudiyyət qoyuldu
729
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
717
Sabah 5 kəndin qazı kəsiləcək
684
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
629