AZ

Tərtərdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəhidlər Abidə kompleksi ziyarət olunub

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.
Erməni faşizminin 1918-ci ildə törətdiyi qanlı cinayətlərin tədqiqi bu gün də davam edir.

 

Azərbaycanın hər bir guşəsində olduğu kimi, Tərtər rayonunda da soyqırım qurbanlarının xatirəsi ehtiramla yad olunur. 1918-ci il 31 mart -3 aprel tarixlərində baş verən qanlı cinayət hadisələri heç zaman unudulmayacaq.

 

Aztibb.az-ın xəbərinə görə, Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Şəhidlər Abidə kompleksini ziyarət ediblər. Onlar soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər.

Seçilən
138
29
Mənbələr
Şərh ()
Bağla