AZ

“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə - FOTOLAR

İsveçrənin Cenevrə şəhərinin “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası uğurla nümayiş olunub.

Tədbir Azərbaycanın zəngin mədəni irsinin keşiyində duran, əsas məqsədi ölkəmizi Avropada, xüsusilə də İsveçrədə təbliğ etmək olan “Heritage” Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Təxminən 1 il öncə Assosiasiyanın nümayəndələri Bakı Marionet Teatrını Cenevrəyə gətirmək və isveçrəli tamaşaçıları Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsi ilə tanış etmək ideyası ilə çıxış ediblər.

Tanınmış dramaturq və bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Azərbaycan folklorunun incisidir. Teatrın bədii rəhbəri Tərlan Qorçunun yaradıcı dühası ilə Bakı Marionet Teatrının adaptasiyasında səhnələşdirilən bu əsər maraqlı marionet sənəti vasitəsilə Hacıbəylinin ölümsüz sənət əsərinə yeni nəfəs verir.

Ötən həftəsonu “Les Salons” Teatrının qonaqları dahi Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə qərq olmaq imkanı əldə ediblər. Öncə “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və kuklalarından ibarət sərgi baş tutub. Sərgidə Azərbaycan, Gürcüstan və baltikyanı ölkələri təmsil edən və ağac üzərində oyma ustaları, mexaniklər, kuklaları rəngləyən və bəzəyən rəssamlar, geyim və dekorasiya ustalarından ibarət böyük beynəlxalq komandanın əl işləri nümayiş olunub. Daha sonra “Les Salons” Teatrının qədim zalında baş tutan tamaşanın izləyiciləri 20-ci əsrin əvvəllərinin Bakısına səyahət etmək və Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışından bəhs edən hekayə ilə tanış olmaq imkanı əldə ediblər.

Assosiasiyanın məqsədi Azərbaycanın yaradıcılıq irsini nümayiş etdirmək, yaymaq və qorumaq üçün mühit yaratmaqdır.

Üç gün davam edən tamaşanı Cenevrədə yaşayan beynəlxalq ictimaiyyət, isveçrəlilər və soydaşlarımız izləmək imkanı əldə ediblər. Tamaşa anşlaqla izlənilib.










Mənbə: qafqazinfo.az

Aqreqator
Seçilən
85
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25723
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16712
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
15740
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13900
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
11329
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11303
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10702
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10485
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9964
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9271
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7091
Səidə Sultan klipi üçün lüt soyundu
6994
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6121
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5885
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5511
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5105
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4675
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4499
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4132