AZ

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

Bakı. Trend:

İspaniyanın Menorka adasında yerləşən Maon şəhərindəkihərbi-dəniz bazası Aralıq dənizində fəaliyyət göstərən NATOgəmiləri üçün üçüncü logistik məntəqəyə çevrilib.

Trend xəbər verir ki, İspaniyanın “El Pais” qəzeti bu barədəhökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, 2023-cü ilin aprelində Madrid “Dəniz gözətçisi”əməliyyatında iştirak edən müttəfiq gəmilərinin lövbər sala bilməsiüçün Maon limanındakı bazanı “daimi diplomatik icazəsi olan liman”kimi NATO-ya təklif edib. Belə ki, həmin baza NATO-nunmaddi-texniki dəstək məntəqəsi üçün uyğun xüsusiyyətlərəmalikdir.

Alyansın digər iki hərbi-dəniz bazası isə Əndəlüs və Murciavilayətlərində yerləşir.

NATO-nun 2016-cı ildə başlayan ”Dəniz gözətçisi” əməliyyatınınəsas məqsədi Aralıq dənizində hərəkət azadlığını təmin etmək vəmüxtəlif təhlükələrin qarşısını almaqdır.

Seçilən
72
4
Mənbələr
Şərh ()
Bağla