AZ

İspaniya Menorka adasında NATO-nun hərbi dəniz bazasını yerləşdirməyi planlaşdırmır

İspaniya hökuməti Menorka adasındakı Maon bələdiyyəsindəki hərbi dəniz bazasını Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün maddi-texniki təminat bazasına çevirmək fikrində deyil.

“Report” xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Balear adalarının ərazisinin təşkilat üçün dəniz bazası rolunu oynayacağına dair heç bir proqnoz yoxdur”, - məlumatda bildirilib.

Qeyd edək ki, NATO-nun İspaniyada iki bazası Rota (Andalusiya muxtar icması) və Kartahenada (Mursiya muxtar icması) yerləşir.

Seçilən
78
5
Mənbələr
Şərh ()
Bağla