AZ

İspaniya NATO bazasını yerləşdirməyi planlaşdırmır

İspaniya hökuməti Menorka adasındakı Maon bələdiyyəsindəki hərbi dəniz bazasını Aralıq dənizində fəaliyyət göstərən NATO gəmiləri üçün maddi-texniki təminat bazasına çevirmək fikrində deyil.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.“Balear adalarının ərazisinin təşkilat üçün dəniz bazası rolunu oynayacağına dair heç bir proqnoz yoxdur”, - məlumatda bildirilib.Qeyd edək ki, NATO-nun İspaniyada iki bazası Rota (Andalusiya muxtar icması) və Kartahenada (Mursiya muxtar icması) yerləşir.

Seçilən
82
5
Mənbələr
Şərh ()
Bağla