AZ

Luis Rubiales “öpüş qalmaqalı”na görə 2,5 illik həbs ala bilər

İspaniya Kral Futbol Federasiyasının (RFEF) sabiq prezidenti Luis Rubiales 2,5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, İspaniya prokurorluğu, İspaniyanın futbol üzrə qadınlardan ibarət yığmasının futbolçusu Cennifer Ermosonu dodaqlarından öpdüyünə görə Luis Rubialesə 2,5 il həbs cəzası istəyib.

Bundan başqa qadınlardan ibarət milli komandanın sabiq baş məşqçisi Xorxe Vilda, RFEF-in sabiq marketinq direktoru Ruben Rivera və kişilərdən ibarət yığma komandanın direktoru Albert Luka məcburiyyətlə bağlı cinayətə görə 1,5 il həbs cəzası ilə üz-üzədirlər.

Xatırladaq ki, İspaniyanın qadınlardan ibarət komandası 2023-cü il FIFA Dünya Kubokunun qalibi olub. Komanda oyunçularına qızıl medalların təqdim edilməsi mərasimi zamanı Luis Rubiales Cennifer Ermosonun dodaqlarından busə alıb. Bu hadisədən sonra Rubiales ictimai qınağa məruz qalıb. Üstəlik, bu hadisə Rubialesin İspaniya Kral Futbol Federasiyasının prezidenti vəzifəsindən istefası ilə nəticələnib. FIFA isə onun 3 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verib.

Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla