AZ

Ermənistanı gözləyən oyun – 1 həftə qaldı…

Azərbaycan regionda sabitlik üçün əlindən gələndən artığını etsə də, ABŞ və bəzi qərb ölkələri Ermənistanı şirnikləndirərək buna mane olmağa çalışırlar. Dildə sülhü dəstəklədiyini deyən bu ölkələr əslində qərəzli münasibət nümayiş etdirərək regionda sabitliyə mane olurlar. Aprel ayının 5-i üçün Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü də bu kimi pozuculuq cəhdlərindən biridir.

Rəsmi Bakı açıqlamasında bildirib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir. Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır.

“Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər: “Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, – Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Rəsmi Bakının açıqlamasından da göründüyü kimi bu görüşün Cənubi Qafqazdakı siyasi tarazlığı pozmaq riski var. Rusiyadan sürətlə xilas olmağı istəyən Ermənistan Qərbə meyillənərək, onlardan aldığı dəstəklə Azərbaycana qarşı revanşizm siyasətinə qayıda bilər. Məhz bu səbəbdən 5 aprel görüşünün region üçün riskləri danılmazdır.

Planlaşdırılan görüş barəsində fikrini bildirən Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib ki, bu konfrans Cənubi Qafqazda işləyən təhlükısizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin yerindən oynadılmasına yönəlib.

Zaxarova deyib ki, bu region ölkələrinin çoxunda narahatlıq doğurur, çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması deyil, Qərbin öz destruktiv yanaşmaları ilə regiona müdaxiləsi, burada yeni bölücü xətlərin yaradılması, region ölkələrinin anti-Rusiya gündəliyinə əməl etməsi, onların Moskva ilə çoxəsrlik əlaqələrinin dağıdılması məqsədi güdür.

Rusiya sözçüsünün də qeyd etdiyi kimi Ermənistan bütün dünyanın gözü önündə tədricən kollektiv Qərbin olduqca təhlükəli planlarının həyata keçirilməsi vasitəsinə çevrilir, hansı ki, erməni xalqının maraqları ilə tam ziddiyyət təşkil edir. Ermənistan tarixdən dərs çıxararaq Qərbin oyunlarına aldanmamalı, revanşist və militarist siyasətinə son qoymalı,Azərbaycanla sülh əldə etmək yolunu tutmalıdır.

Milli.Az

Seçilən
149
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25868
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16779
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
16253
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13911
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
12611
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11331
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10828
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10553
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9985
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9298
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7108
Səidə Sultan klipi üçün lüt soyundu
7030
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6122
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5889
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5525
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5125
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4785
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4512
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4162