AZ

Kreml İrəvana müharibə elan etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun “İzvestiya”ya müsahibəsində Ermənistanla bağlı dedikləri dünya mediasında da ciddi müzakirələrə səbəb olub. Qeyd olunur ki, bu, Moskvanın faktiki olaraq İrəvana diplomatik müharibə elan etməsidir.

Mövzu ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç Publika.az-a açıqlama verib.

O qeyd edib ki, Rusiya illərlə Ermənistanı kürəyində daşıyıb:

“Rusiya Ermənistanın NATO-ya qarşı təhlükəsiz olmasını təmin etdi. Ermənistana pulsuz silah verdi. Ümumiyyətlə, İrəvanın illərlə bütün ehtiyaclarını ödədi. Ermənistan indi nə edir? Rusiyanın bir nömrəli düşməni olan Amerika və Qərblə əməkdaşlıq edir. Təbii ki, Paşinyanın həyata keçirdiyi bu siyasət Rusiyanı narahat edir. Çünki bunu xəyanət kimi görür. Ona görə də Rusiyanın Ermənistana yaxşı dərs verəcəyi gözlənilir. Kremlin nə edəcəyini bilmək çox çətindir. Rusiya Gümrüdə hərbi hissəsi var. Buna baxmayaraq, Ermənistan Fransadan silah alır ki, bu da Rusiyaya qarşı durmaq və hörmətsizlik etmək deməkdir”.

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü olacaq.

Seçilən
204
50
Mənbələr
Şərh ()
Bağla