AZ

Mourinyo millidə işləmək istəyir

style='margin-bottom:10px;'>

Portuqaliyalı mütəxəssis Joze Mourinyo milli komandada işləmək istəyir.

QOL.az xəbər verir ki, o, bunu tanınmış insayder Fabritsio Romanoya müsahibəsində deyib.

61 yaşlı mütəxəssis millidə işləmək arzusunda olduğunu, ancaq hələlik konkret təklif almadığını bildirib:  “Milli komandanı çalışdırmaq mənim məqsədimdir. Ola bilsin ki, dünya çempionatı, Avro və ya Amerika kuboku, Afrika kuboku öncəsi hansısa komandanı götürüm. Amma bunun üçün iki il gözləməli olub-olmadığını bilmirəm... Bəlkə, bir gün bu baş verəcək”.

Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi "Roma" olub. O, 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. 2021/2022 mövsümündə "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “canavarlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib. Romalılar bu oyunlarda 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.

Mourinyo bundan əvvəl “Leiriya”, “Benfika”, “İnter”, “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real",  “Portu"nu da çalışdırıb.

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25523
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16632
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
14306
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13827
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11290
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10413
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10404
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9933
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9204
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
8149
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7056
Səidə Sultan klipi üçün lüt soyundu
6908
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6113
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5869
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5487
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5100
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4462
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4354
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4097