AZ

“Beşiktaş” Luçesku ilə danışıqlara BAŞLADI

Fernandu Santuşla yollarını ayıran "Beşiktaş" baş məşqçi axtarışlarını davam etdirir. 

Bizim.Media xəbər verir ki, İstanbul klubunun rəhbərliyi indi də özləri üçün tanış mütəxəssislə danışıqlara başlayıb. Bu barədə “iAm Sport” portalı məlumat yayıb. 

Belə ki, “Beşiktaş” yenidən Mirça Luçeskuya tapşırıla bilər.

78 yaşlı rumıniyalı mütəxəssis özü də, İstanbul klubunu çalışdırmağa hazırdır. Yaxın vaxtlarda təyinatın reallaşacağı gözlənilir. Belə olarsa, Luçesku bu mövsüm “Beşiktaş”ın 5-ci məşqçisi olacaq.Xatırladaq ki, Luçesku son olaraq “Dinamo”nu (Kiyev) çalışdırıb. Təcrübəli məşqçi 2002-2004-cü illərdə “Beşiktaş”da işləyib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
203
50
Mənbələr
Şərh ()
Bağla