AZ

Bu ölkədə qida əlavələrindən ölüm halları artdı

Pəhriz əlavələri məhsullarının səbəb olduğu sağlamlıq hadisələrinin artdığı Yaponiyada ölüm hallarının sayı artır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada \"Beni-koji” qida əlavəsinin qəbulu nəticəsində ölənlərin sayı 5-ə çatıb. 

Şirkətdən verilən məlumata görə, daha bir nəfər qırmızı düyü mayası olan \"Beni-koji” içərək dünyasını dəyişib.

Beləliklə, \"Beni-koji” pəhriz əlavəsi ilə bağlı ölüm hallarının sayı indiyədək 5-ə yüksəlib. Ölənlərin cinsi və yaşı açıqlanmayıb.

Həyatını itirənlərin \"ölüm səbəblərinin müəyyən edilməsi\" üçün araşdırmaların davam etdiyi açıqlanıb.

Bildirilib ki, məhsuldakı problemi hələ də aşkar edə bilməyən yapon istehsalçısı bu problemə kifdən əldə edilən naməlum maddənin səbəb ola biləcəyindən şübhələnir. 

Ayşən
Seçilən
43
10
Mənbələr
Şərh ()
Bağla