AZ

Yaponiyada müəmmalı epidemiya təşvişi!

Yaponiyada müəmmalı epidemiya ilə bağlı təşviş artıb. Təhlükəli bakterial infeksiya ilə bağlı yoluxmanın rekord sürətlə yayıldığı bildirilib. Mütəəxəssislər xəstəliyə nəyin səbəb olduğunu müəyyən etməkdə çətinlik çəkirlər.Ölüm nisbəti 30 faiz olan streptokok toksik şok sindromuna yoluxmanın 2024-cü ildə 2023-ü keçəcəyini proqnozlaşdırıblar. Bu barədə "Sherg.az" Türkiyə mediasına istinadən xəbər verir.Yaponiyanın aparıcı qurumlarından biri olan Milli Yoluxucu Xəstəliklər İnstitutundan verilən açıqlamada deyilib ki, ciddi və qəfil xəstəliyin arxasında duran səbəblərlə bağlı müəmmalar çoxdur. Hazırda onlara cavab verə biləcəyimiz bir mərhələdə deyilik. Ötən il 941 xəstədə yoluxma aşkar edilsə də, 2024-cü ilin ilk iki ayında artıq 378 yoluxma halı müəyyən edilib. Mütəxəssislər 50 yaşdan aşağı vətəndaşların risk altında olduğu barədə xəbərdarlıq edirlər.Rəsmi məlumatlara görə, Yaponiyanın 2 bölgəsi istisna olmaqla, bütün bölgələrində yoluxma hallarının qeydə alındığı da açıqlanıb. Yaşlıların daha çox risk altında olduğu bildirilərkən, 2023-cü ilin iyul və dekabr aylarında 50 yaşa qədər xəstələnən 65 nəfərdən 21-nin dünyasını dəyişdiyi bildirilib. Bu məlumatları paylaşarkən Asahi Shimbun qəzeti də ölüm nisbətinin üçdə biri olduğuna diqqət çəkib. Strep A olaraq da bilinən xəstəlik boğaz ağrısı kimi əlamətlərlə özünü göstərdiyindən bir çox insan bu xəstəliyə tutulduğunu bilmədən həyatına davam edir. Sətəlcəm və pnevmoniya kimi xəstəliklərə çevrilə bilən xəstəliyin orqan çatışmazlığına səbəb olma ehtimalı da istisna deyil. Xəstəlikdən ölüm nisbəti yüzdə 30 olaraq qeyd edilsə də, bəzi yapon alimləri Covid-19 səbəbiylə tətbiq edilən qadağaların aradan qaldırılmasından sonra hadisələrin artdığına diqqət çəkiblər. İnfeksion xəstəliklər üzrə ekspert, professor Ken Kikuçi deyib: “Ağır xəstəliyi olan xəstələrin sayının kəskin artması böyük narahatlıq doğurur”. Yaponiya Səhiyyə Nazirliyi koronavirus epidemiyası zamanı tətbiq olunan gigiyena və sosial məsafə qaydalarının tətbiq edilməsinin vacibliyini açıqlayıb. Yaponiyanın səhiyyə naziri Keizo Takemi, "İnsanların öskürərkən əllərini təmiz saxlamaq və ağızlarını bağlamaq kimi ehtiyat tədbirləri görmələrini istəyirik" deyib.

Seçilən
60
10
Mənbələr
Şərh ()
Bağla