AZ

Bu ölkəyə epidemiya ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Hindistanda elm adamları 100 min inəyin ölümünə səbəb olan virusdan sonra bilinməyənləri üzə çıxarmaq üçün araşdırmalara başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Hindistanda son illərdə baş verən inək ölümləri səbəbindən diqqətlər inək çiçəyi kimi tanınan \"mal-qara düyünlü ekzanteması” xəstəliyinə yönəlib.

2022-ci ilin may ayında Hindistanda inəklər müəmmalı bir xəstəlikdən ölməyə başlayıb.

Epidemiya Hindistanın kənd təsərrüfatı sektoruna ciddi təsir göstərərək iqtisadi itkilərə səbəb olub.

Son iki ildə dağıdıcı epidemiyadan qaynaqlanan inək ölümlərinin təxminən 100 min olduğu açıqlanıb.

Hindistanda elm adamları bu heyvanların mühüm yer tutduğu ölkədə baş verənləri araşdırmaq üçün araşdırmalarını davam etdirirlər.
 
Hindistan Elm İnstitutunun Biokimya şöbəsinin professoru Utpal Tatu deyib: \"Bu, müəyyən mənada fəlakətdir və fövqəladə haldır\".
 
Ayşən
Seçilən
52
10
Mənbələr
Şərh ()
Bağla