AZ

Rus bloqerlər nifrət püskürür, taciklər isə deportasiya və səfərbərlikdən qorxur

Moskvada Tacikistandan olan miqrantlar evlərini tərk etməməyə çalışırlar, çünki “Crocus City Hall” konsert zalında törədilən terror aktı səbəbindən deportasiyadan və ya Ukrayna müharibəsinə göndərilməkdən qorxurlar.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Moskva vilayətində terror aktı törətməkdə şübhəli bilinənlərin Tacikistandan olması ilə əlaqədar sosial şəbəkələrdə antimiqrant ritorikası güclənib. Ksenofobiya ən aktiv şəkildə qondarma hərbi blogerlərin ictimai səhifələrində yayılmağa başlayıb. Nəticədə, Kreml miqrantlara qarşı daha sərt tədbirlər vəd etməklə müharibə tərəfdarlarının tələblərini təmin edir, eyni zamanda cəmiyyətdə millətlərarası gərginliyin yaranmasının qarşısını almağa çalışır.

Rusiya hökumətinin statistikasına görə, ötən il Rusiyada bir milyona yaxın Tacikistan vətəndaşı əmək miqrantı kimi qeydiyyata alınıb. Moskvada taciklərin işlədiyi qida müəssisəsinin meneceri “NYT”-yə bildirib ki, bu əhval-ruhiyyə 2000-ci illəri xatırladır, o zamanlar Qafqaz müsəlmanları terror hücumları və Çeçenistandakı müharibədən sonra geniş diskriminasiya ilə üzləşirdilər. Onun sözlərinə görə, Moskvadakı taciklər o qədər qorxurlar ki, heç çölə çıxmırlar.

Miqrantlar təkcə deportasiyadan deyil, həm də Ukraynadakı müharibəyə cəlb oluna biləcəklərindən qorxurlar, bu yaxınlarda Moskvanı tərk edən tacik hüquq müdafiəçisi 25 yaşlı Səidənvər bildirib.

“Taciklər qorxurlar ki, Rusiya hakimiyyəti onları tacik xalqında qisas almaq üçün kütləvi şəkildə cəbhəyə göndərməyə başlayacaq”, - o deyib.

Musavat.com

 

Seçilən
29
27
Mənbələr
Şərh ()
Bağla