AZ

Paşinyan rəqiblərini sıradan çıxarır: Şahramanyan və Ohanyanın aqibəti necə olacaq?

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün öncə Azərbaycanla sərhəddə gələrək ilk mesajını verdi. “Sizin yaşadığınız bu kəndlər Azərbaycana məxsusdur, bu əraziləri tərk etməlisiniz” – Paşinyan bu fikirləri işğal altında olan Azərbaycan kəndlərində keçirtdiyi görüş zamanı bildirdi.

Bunun ardınca İrəvanda Paşinyana qarşı çıxan qüvvələr onu xəyanətdə ittiham etmədi. Paşinyanın cavabı da özünü çox gözlətmədi. Paşinyan bildirdi ki,  Qarabağ separatçılarının İrəvandakı “nümayəndəlik” binası və orada toplaşanlar Ermənistan üçün əlavə gərginlik mənbəyidir. Separatçıların keçmiş lideri Samvel Şahramanyan Fransa nəşrinə müsahibəsində deyib ki, onlar İrəvanda fəaliyyətlərinin davam etdirirlər. Halbuki, Qarabağdan qaçmağa hazırlaşarkən “dövlət strukturlarını” buraxdığını elan etmişdi. Samvel Şahramanyanın yeni açıqlaması baş nazir Nikol Paşinyana meydan sulamaqdır. Nikol Paşinyan ona görə deyib ki, Ermənistanda yalnız bir hökumət və bir iqtidar ola bilər. Məntiqlə Paşinyan həmin “nümayəndəliyin” fəaliyyətini qanundakənar elan edib həmin binanı separatçıların əlindən almalıdır. Ancaq o bunu etmir. Paşinyan hər məsələdə olduğu kimi bu məsələnin həlini də gecikdirir. Həmin binada toplaşanlar Paşinyana müxalif mövqedədirlər və istənilən daxili və xarici gücün hökumətə qarşı planlarında yer alacaqlar. Həmin binada toplaşanlar eyni zamanda iki ölkə arasında sülh prosesinə də əngəldirlər.

Paşinyan sülh cağrışlarına rəğmən bəzi ermənilər öz təxribatçı addımlarını davam etdirirlər. Bir neçə gün öncə məhz ermənilərin təxribatçı dəstəsi İrəvanda həbs edildi. Bu gün isə Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə “Ermənistan” fraksiyasından deputat olan Xocalı qatili Seyran Ohanyan Qazaxın işğal altında qalan kəndlərinə gəlib.

Ohanyanla birlikdə “Ermənistan” fraksiyasının digər deputatları da Azərbaycan kəndlərində olub.

Bağanis Ayrım və Əskipara kəndlərində məskunlaşan ermənilərlə görüşən Ohanyan onları müqavimət göstərməyə çağırıb. Bildirib ki, Ermənistan hakimiyyəti 4 kəndi Azərbaycana qaytarmaq istəsə də, müqavimət göstərməklə bunun qarşısını ala bilərlər.

Ohanyan daha əvvəl bu kəndlərdə yerləşən erməni ordusunun birləşmələrini hakimiyyətə qarşı mübarizəyə və Azərbaycanla müharibə aparmağa çağırmışdı. Azərbaycan kəndlərinə gələn Ohanyanın buradakı hərbçilərlə görüşdüyü, kəndlər qaytarıldığı zaman onları müqavimət göstərməyə sövq etdiyi istisna edilmir.

Bir sözlə Paşinyan indi  bir güllə ilə özünün iki rəqibini sıradan çıxara bilər. Bunlardan biri Samvel Şahramanyan, digəri isə Seyran Ohanyandır.

Paşinyan öz mövqeyini möhkəmləndirmək üçün çətin sınaqdan üzüağ çıxmalıdır. Çünki daha bir gərginlik Ermənistanı üçuruma apara bilər. Paşinyan da bunu anlayır və buna görə hərəkət edir.

Qoşqar Salmanlı

Seçilən
201
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16571
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16165
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15654
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13708
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12580
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9732
"Zaur, yenə çaşdın..." - VİDEO
7937
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6232
Minimum əmək haqqı nə qədər arta bilər?
6118
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Çingiz Mustafayevin toyudur - FOTOLAR
5841
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5339
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5273
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4543
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4288
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4220
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3287
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3275
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3062
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3024