AZ

“Ermənistan KTMT-nin fəaliyyətini maliyyələşdirməkdən çəkinəcək“- Ani Badalyan 

Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl bildirib ki, ölkəsi KTMT-yə arxalana bilməz və o, Ermənistan cəmiyyətinin bu ölkənin niyə onun üzvü olmalıdır sualına cavab verə bilməz. Son vaxtlar İrəvan bir sıra inteqrasiya formatlarında çoxsaylı görüşlərdən yayınıb. Paşinyan 2023-cü ildə Minskdə keçirilən KTMT sammitində iştirak etməyib və Ermənistanın bu təşkilatda iştirakını dayandırdığını bəyan edib.

News365.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi - bildirib ki, Ermənistan 2024-cü ildə Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik bloku olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətini maliyyələşdirməkdən çəkinəcək:

"Ermənistan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının 2024-cü il büdcəsi haqqında 23 noyabr 2023-cü il tarixli qətnaməsinə qoşulmaqdan və təşkilatın bu qətnamədə nəzərdə tutulan fəaliyyətinin maliyyələşdirilməsində iştirakdan çəkinəcək. Bununla belə, bu qətnamənin məhdudlaşdırılmış formatda qəbul edilməsinə etiraz etməyəcək"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
251
50
news365.az

10Mənbələr