AZ

Rusiya ötən ilin oktyabrından Ukraynanın 505 kv. kilometr ərazisini ələ keçirib

Rusiya 2023-cü ilin oktyabrında hücum əməliyyatlarına başlamasından sonra Ukraynanın 505 kvadrat kilometr ərazisini ələ keçirib.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Müharibə Araşdırmalar İnstitutunun məlumatında qeyd olunub. Bildirilib ki, təkcə bu ilin 1 yanvar - 28 mart tarixləri ərzində Rusiya qüvvələri 100 kvadrat kilometrdən çox ərazini ələ keçirib. Qeyd olunub ki, Rusiyanın döyüş meydanında kiçik nailiyyətlər əldə etməsi Ukraynanın ABŞ-dan gözlədiyi gecikən hərbi yardımlar fonunda üzləşdiyi sursat çatışmazlığı ilə əlaqədardır.

“Material çatışmazlığı davam etdikcə Ukraynanın zəifliklərindən istifadə imkanları genişlənəcək”, - məlumatda qeyd olunub.

Seçilən
115
3
Mənbələr
Şərh ()
Bağla