AZ

Partizanlar USQ-nin mövqelərini yandırıb? -ISW-dən daha bir rus nağılı haqda hesabat

 Kupyansk-Svatovo-Kremennaya xəttində Ukrayna Silahlı Qüvvələri ilə rus işğalçıları arasında mövqe döyüşləri davam edir, lakin bu ərazidə cəbhə xəttində təsdiqlənmiş dəyişiklik olmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. Analitiklər qeyd ediblər ki, Rusiya mənbələri "Rusiyayönlü partizanların” Petropavlovka ərazisində və Kupyansk ətrafındakı bir sıra digər yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini yandırdığını və Ukrayna qoşunlarını bəzi mövqelərdən geri çəkilməyə məcbur etdiyini iddia edib. Bununla belə, ISW bu cür iddia edilən yanğına və ya hərbi qüvvələrin bu ərazilərdən çıxarılmasına dair heç bir əyani sübut görməyib.

Bundan əlavə, İnstitut işğalçıların Berdiçinin mərkəzində irəlilədiyini qeyd edib. Rusiya hərbi zabitləri işğalçıların Avdeyevka ərazisində Pervomayskidə irəlilədiyini bildirsələr də, ISW bu iddianın vizual təsdiqini görməyib.

Unian qeyd edir ki, Rusiya Federasiyası cəbhənin cənub-şərq hissəsinə hücumları xeyli gücləndirib. Təcavüzkarla bütün hərbi toqquşmaların üçdə ikisi burada baş verir.  Bundan əlavə, Rusiya qoşunları Liman-Kupyansk istiqamətində pilotsuz təyyarələrdən istifadənin intensivliyini artırırlar. Onlar təşəbbüsü ələ keçirə biliblər. Gün ərzində cəbhədə Müdafiə Qüvvələri ilə  işğalçı qüvvələr arasında 76 hərbi toqquşma baş verib.

Alpər
Seçilən
173
19
Mənbələr
Şərh ()
Bağla