AZ

Monika Belluççi qeyri-adi fotosessiyada rol alıb - FOTOLAR

59 yaşlı aktrisa, gözəllik ikonası Monika Belluççi qeyri-adi fotosessiyaya çəkilib.

 

Sfera.az bildirir ki, əfsanəvi ulduz çəkilişin görüntülərini “İnstaqram”da 5 milyondan çox abunəçisi ilə paylaşıb.

 

Məşhur ulduz “Mexican Vogue” jurnalının mart buraxılışının qəhrəmanı olub. 

 

Monika Belluççi bu dəfə də “Cartier” zərgərlik evinin zinət əşyalarını nümayiş etdirib. Monika həmçinin dəri palto, kombinezon və papaq geyinib. Aktrisa diqqəti dodaqlara yönəldərək, makiyajındakı dodaqlarını vurğulayıb.


Sosial şəbəkədəki izləyicilər Monikanın yeni fotosessiyasına:

 

 “Tanrının əli ilə çəkilmiş rəsm”, “İtalyanların dünyadakı qüruru” kimi şərh ediblər.

 

Monika Belluççi özü hər zaman təvazökarlıqla: 

 

“Mən heç vaxt gözəlliyimi bir nemət kimi qəbul etməmişəm. Bu, həyatın bir hədiyyəsidir” - deyir.


Qeyd edək ki, Monika Belluççi rejissor Tim Burtonla görüşür. Cütlüyün münasibəti 2023-cü ilin əvvəlində məlum olub, bundan sonra məşhurlar hətta birlikdə ictimaiyyət qarşısına da çıxıblar.

 

Aynil

Sfera.az

Seçilən
34
36
Mənbələr
Şərh ()
Bağla