AZ

“İki idi, üç olacaq” - Baxşəliyevlərin yeni verilişi

Aparıcı Günay Baxşəliyeva ATV kanalında yeni veriliş aparacaq.

Qlobal.net xəbər verir ki, o, həftəiçi 5 gün saat 15:00-da “Günaylı gün” verilişi ilə izləyici qarşısına çıxacaq.

Bundan sonra Zaur Baxşəliyevin “Bizimləsən” proqramı başlayacaq. 

O bildirib: “Dedik ki, iki idi, üç olacaq. “Bizimləsən”, “Zaurla Günaydın” və Bazar ertəsindən etibarən Günay xanımın gündəlik proqramı başlayır - “Günaylı gün”. Günləriniz Günaylı olacaq.

Çox maraqlıdır. Söyləmək istəmirəm içində nələr olacaq. Gedişatda görəcəksiniz. Allahın köməkliyi ilə başlayırıq. İllərin təcrübəsi olan televiziya işçisi olaraq növbəti bir layihəyə də imza atırıq. Ardından da “Bizimləsən” olacaq, sonra da yenə şənbə-bazar “Zaurla Günaydın”.

Qeyd edək ki, sözügedən veriliş “Bizimləsən”in qısaldılan vaxtında ekranlara gələcək. (yenisabah.az)

Seçilən
191
11
Mənbələr
Şərh ()
Bağla