AZ

Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO

Göyçayda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynəlabidin Tağıyev küçəsində  qeydə alınıb.

Belə ki VAZ 2106 markalı avtomaşının sürücüsü 24 yaşlı Quliyev Əli Qulu oğlu həmin küçədə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı divara çırpılıb.

Hadisə nəticısində Əli Quliyev və onun sərnişinləri 23 yaşlı Fuad Əlişah oğlu Məmmədov  və 25 yaşlı Yaşar Elvin oğlu Abdullayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Göyçay rayon Mərkəzi Xəstəxanasından Bizim Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması səbəbilə 3 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlardan 1999-cu il təvəllüdlü Abdullayev Yaşar Elvin oğluna burunun qapalı travması, 2001-cü il təvəllüdlü Məmmədov Fuad Əlişah oğluna qapalı kəllə-beyin travması, beyin sirkələnməsi, 2000-ci il təvəllüdlü Quliyev Əli Qulu oğluna isə qapalı kəllə beyin travması, koma, ağır vəziyyət diaqnozu təyin edilib.

Hazırda vəziyyətləri daha ağır olan Fuad Məmmədovla Əli Quliyevin xəstəxananın Reanimasiya şöbəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media, Aran bürosu
 

Seçilən
101
7
Mənbələr
Şərh ()
Bağla