AZ

Xocavənddəki qəzada xəsarət alanlardan 4 nəfərin kimliyi MÜƏYYƏNLƏŞİB

Xocavənd rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 9 nəfərdən dördünün kimliyi məlum olub. 

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, onlar 1985-ci il təvəllüdlü Süleymanova Vəfalə Qərib qızı (Sağ çiynin küt travması), 1985-ci il təvəllüdlü Kərbalayev Vüsal İsmayıl oğlu (Sol çiynin əzilməsi), 1987-ci il təvəllüdlü Kərbəlayev Əflatun İsmayıl oğlu (Döş qəfəsinin küt travması), 1979-cu il təvəllüdlü Fətullayev Sərvər Əhməd oğludur (Sağ çiyinin küt travması).
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Xocavənddə fəhlələri daşıyan avtomobil aşıb, 8 nəfər yaralanıb


Yuxarıda qeyd olunan yaralılar hadisə yerindən Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Digər beş yaralı isə Bərdə rayon mərkəzi xəstəxanasına gətirilib. 

Bərdə rayon mərkəzi xəstəxanasının direktoru Vüsal Məmmədov yaralılara tibbi yardım göstərildiyini və onların vəziyyətinin orta-ağır olduğu bildirib. Hələ ki, Bərdəyə gətirilən yaralıların kimliyi ilə bağlı dəqiq məlumat yoxdur.

Qeyd edək ki, ötən gün saat 18 radələrində Xocavənd rayonu Cəmiyyət kəndi ərazisində yol qəzası qeydə alınıb. Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Mikroavtobusda ərazidə çalışan fəhlələr olub, 9 nəfər xəsarət alıb.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Seçilən
161
50
Mənbələr
Şərh ()
Bağla