AZ

Xocavənddəki qəzada xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

İşğaldan azad olunan Xocavənd rayonu ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində Xocavənd rayonu Cəmiyyət kəndi ərazisində qeydə alınıb. Pənah Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində xəsarət alanlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
226
2
Mənbələr
Şərh ()
Bağla